5 dekabr 2025. Cümə

Depay "Atletiko"dan ayrılır - Kuman açıqladı


Depay "Atletiko"dan ayrılır  - Kuman açıqladı

Hollandiya millisinin baş məşqçisi Ronald Kuman "Atletiko Madrid"in hücumçusu Memfis Depayın gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, Kuman, 30 yaşlı forvardın Madrid klubundan ayrılacağını bildirib.

"Bəli, Memfis Depay yayda yeni klub axtaracaq" 

Xatırladaq ki, daha əvvəl mətbuatda hollandiyalının yayda “Atletiko Madrid”i tərk edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Memfis Depay 2023-cü ilin yanvarında "Atletiko Madrid"ə keçib. 30 yaşlı hücumçunun Madrid klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm Memfis Depay döşək komandasının heyətində 31 oyun keçirib, doqquz qol vurmağı bacarıb və həmçinin iki məhsuldar ötürmə verib. Transfermarkt internet portalı futbolçunun bazar dəyərini 12 milyon avro qiymətləndirir.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb