18 oktyabr 2024. Cümə

Eriksen üçün Avropa nağılı davam edir


Eriksen üçün Avropa nağılı davam edir

Danimarkanın oyun qurucusu Kristian Eriksen, ürək tutmasından sonra Kasper Hjulmandın Almaniyada keçiriləcək Avro-2024 24 üçün açıqladığı heyətə daxil edilib.

90deqiqe.Az xəbər verir ki, 32 yaşlı futbolçu, C qrupunda yer alan Danimarkanın 26 nəfərlik heyəti arasındadır.

Şotlandiya Premyer Liqasının çempionu olan "Seltik"də yaxşı mövsüm keçirməsinə baxmayaraq, İngiltərə doğumlu yarımmüdafiəçi Matt O'Riley heyətə daxil edilməyib. "Kimisə  məyus etmək çətindir, amma heyətimizdən çox məmnunam,"- deyə Hjulmand bildirib.

Eriksen 2021-ci ildə Finlandiyaya qarşı "Parken" Stadionunda baş tutan oyunda meydançaya yıxıldıqda azarkeşləri şoka salmışdı. O, sağalıb və ürək cihazı ilə futbol karyerasına davam edir. 

Eriksenin "Mançester Yunayted"dən komanda yoldaşı olan Rasmus Hoylun ilə birgə yarımmüdafiədə daha aktiv rol oynaması gözlənilir." Brügge"dən Andreas Skov Olsen sağ cinahda Eriksenin əvvəlki mövqeyində oynayacaq. "Brentford"da çətin mövsüm keçirən Mikkel Damsqaard da heyətə daxil edilib.

İtaliyanın AC "Milan"klubunda bud zədəsi səbəbilə mövsümün son oyunlarını buraxan müdafiəçi Simon Kjaer də heyətə seçilib. Məşqçi bildirib ki, o, tam hazırdır və fiziki cəhətdən yaxşı vəziyyətdədir. 







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb
Messi yenidən Argentinanın heyətinə qayıdır
  • Avropa çempionatı
  • 20:31 02.10.2024
Messi yenidən Argentinanın heyətinə qayıdır
Almaniya millisinin qapısını kim qoruyacaq?
  • Avropa çempionatı
  • 17:18 28.09.2024
Almaniya millisinin qapısını kim qoruyacaq?