25 noyabr 2024. Bazar ertəsi

Maqomed Adiyev istefa verdi


Maqomed Adiyev istefa verdi

Qazaxıstan futbol millisinin baş məşqçisi Maqomed Adiyev vəzifəsindən istefa verib. 

90deqiqe.Az Qazaxıstan Futbol Federasiyasının (QFF) mətbuat xidmətinə istinadən məlumat verir ki, Qazaxıstan futbol millisi komandasının baş məşqçisi Maqomed Adiyev ailə vəziyyəti ilə əlaqədar vəzifəsindən istefa verib.

Futbol Evində keçirilən iclasda QFF prezidenti Adlet Barmenkulov Qazaxıstan millisi komandasının texniki heyəti ilə görüş keçirib. Keçmiş baş məşqçi ailə vəziyyətinə görə istefa verdiyini bildirib. QFF belə vəziyyət üçün öncədən hazır idi və gələn həftə yeni baş məşqçini seçməyi planlaşdırır.

Xatırladaq ki, 6 may 2022-ci ildə Adiyev Qazaxıstan milli komandasının baş məşqçisi təyin edilib və 2022-ci ilin noyabrında müqavilə daha 2 il uzadılıb. Adiyev 2022–2023 Millətlər Liqası və 2024 Avropa Seçmə oyunlarında qazandığı təsirli nəticələrlə həm özü, həm də Qazaxıstan milli komandası üçün güclü reputasiya yaradıb. Bu nəticələrdən biri də "Astana Arena"da 2–0 məğlubiyyətdən sonra 3–2 qalib gəldikləri Danimarka üzərindəki qələbə olub. 

Qeyd edək ki, iyunun 11-də Macarıstanda Azərbaycan millisi Qazaxıstanla yoldaşlıq görüşündə üz-üzə gələcəklər.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb