14 dekabr 2025. Bazar günü

"Almaniya favorit deyil" - Kroos


"Almaniya favorit deyil"  - Kroos

"Real Madrid"in və Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos qarşıdan gələn 2024-cü il Avropa çempionatı haqda açıqlama verib..

90deqiqe.Az-ın məlumatına görə, 34 yaşlı futbolçu turnirin favoriti olmadıqlarını bildirib.

"Avropa çempionatını qazanmaq məqsədi ilə yarışmamaq düzgün olmazdı. Düşünürəm ki, biz atmosferi bir az müsbət dəyişə bildik. Amma fikrimcə, favoritlərdən uzağıq. Amma bu, mənim üçün verilən bir şeydir: Mən bir turnirdə oynayanda, əlbəttə ki, qalib gəlmək istəyirəm”

Xatırladaq ki, 34 yaşlı futbolçu Almaniyada keçirilən Avro-2024-dən sonra futboldan ayrılacağını açıqlamışdı. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

Kroos 2014-cü ilin iyulunda "Bavariya"dan "Real Madrid"ə keçib. Transfer məbləği 25 milyon avro idi. Futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatır. Transfermarkt alman futbolçunu ümumilikdə 12 milyon avro dəyərində qiymətləndirir.

"Real Madrid" ilə yarımmüdafiəçi dörd İspaniya Çempionatı, bir İspaniya Kuboku və dörd İspaniya Super Kuboku, həmçinin beş Çempionlar Liqası kuboku, dörd UEFA Super Kuboku və beş Klublararası Dünya Kuboku qazandı.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb