14 dekabr 2025. Bazar günü

Skalvini Avro-2024-ü buraxacaq


Skalvini Avro-2024-ü buraxacaq

İtaliya milli komandasının müdafiəçisi Corcio  Skalvini ön diz çarpaz bağlarını qopartdığı üçün Avro-2024-ü buraxacaq.

90deqiqe.Az xəbər verir ki, "Atalanta"nın "Fiorentina" ilə oyunu zamanı zədələnən 20 yaşlı müdafiəçi dərhal xəstəxanaya aparılıb və ilkin müayinələr bağların qopduğunu göstərib.

"Atalanta"nın baş məşqçisi Qasperini zədənin ciddi olduğunu təsdiqləyib. Skalvininin nə qədər müddətə meydanlardan kənarda qalacağı hələ dəqiq bilinmir. Onu millidə  "Yuventus"un müdafiəçisi Federiko Qatti əvəz edə bilər. 

Qeyd edək ki, İtaliya Avro-2024-ün ilk oyununu 15 iyunda Albaniyaya qarşı keçirəcək. 







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb