14 dekabr 2025. Bazar günü

AVRO 2024: Hansı ölkələr əsas favoritdir?


AVRO 2024: Hansı ölkələr əsas favoritdir?

 Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının favoriti açıqlanıb.

90deqiqe.Az “Opta” statistika agentliyinə istinadən xəbər verir ki, İngiltərə millisi 2024-cü il Avropa çempionatının favoritdir.

Britaniyalıların çempion olmaq faizi 19,9-dur; ilk üçlükdə Fransa (19,1%) və Almaniya (12,4%) komandaları yer alıb.

Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı Almaniyada baş tutacaq. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Qrup mərhələsində birinci və ikinci yeri tutan komandalar, həmçinin üçüncü yeri tutan dörd ən yaxşı komanda 1/8 finala yüksələcək. Turnirin pley-off oyunları olimpiya sistemi üzrə uduzan komandaların turnirdən kənarlaşdırılması ilə keçiriləcək.

İngiltərə yığması turnirdəki səyahətinə C qrupundan başlayacaq. Qaret Sautqeytin komandasının rəqibləri Sloveniya, Danimarka və Serbiya milliləri olacaq. Qeyd edək ki, Avro-2020-də İngiltərə finalda İtaliyaya uduzaraq gümüş mükafatçı olub.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb