14 dekabr 2025. Bazar günü

Avro-2024: Maqvayr və Qriliş heyətdən kənarda qaldı


Avro-2024: Maqvayr və Qriliş heyətdən kənarda qaldı

"Mançester Yunayted"dən Harri Maqvayr və "Mançester Siti"dən Cek Qriliş İngiltərənin AVRO-2024 üçün yekun heyətinə daxil edilməyib.

90deqiqe.Az xəbər verir ki, Maqvayr bu mövsüm zədələrlə mübarizə aparıb və aprel ayından bəri oynamayıb. Qriiliş isə Bosniya üzərindəki 3:0 qələbədə yaxşı performans göstərməsinə baxmayaraq, "Mançester Siti"də çətinliklər yaşayıb və Jeremy Dokunun gəlişi ilə yerini itirib.

Qaret Sautgeyt 26 nəfərlik heyətini cümə günü gecə saat 11-ə qədər açıqlamalı idi, lakin qərarlarını cümə axşamı elan edib. Qapıçı Ceyms Trafford, Ceyms Meddison, Kertis Cons və Carell Quansah da yekun heyətdən çıxarılıb. "Everton"dan Cərrad Brantveytin də yeddinci oyunçu olaraq heyətdən kənarda qalıb. 

Yekun 26 nəfərlik İngiltərə heyəti aşağıdakı kimidir:

Qapıçılar: Din Henderson (“Kristal Pelas”), Cordan Pikford (“Everton”), Aaron Ramsdeyl (“Arsenal”);

Müdafiəçilər: Lyuis Dank (“Brayton”), Mark Quehi (“Kristal Pelas”), Ezri Konsa (“Aston Villa”), Co Qomes, ( “Liverpul”), Lyuk Şou (“Mançester Yunayted”), Kieran Tripye (“Nyukasl”), Con Stouns, Kayl Uoker (hər ikisi “Mançester Siti”);

Yarımmüdafiəçilər: Trent Aleksander-Arnold, (“Liverpul”), Konor Qallaher (“Çelsi”), Kobbi Maynu (“Mançester Yunayted”), Adam Uoton (“Kristal Pelas”), Deklan Rays (“Arsenal”);

Hücumçular: Cud Bellinqem (“Real”, İspaniya), Carrod Bouen (“Vest Hem”), Ebereçi Eze (“Kristal Pelas”), Fil Foden ( “Mançester Siti”), Entoni Qordon (“Nyukasl”), Harri Keyn (“Bavariya”, Almaniya), Koul Palmer (“Çelsi”), Bukayo Saka (“Arsenal”), İvan Toni (“Brentford”), Olli Uotkins (“Aston Villa”).







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb