29 noyabr 2024. Cümə

Avropa çempionatında İtalyan məşqçilər öndə: AVRO-2024-ün məşqçi sıralaması - SİYAHI


Avropa çempionatında İtalyan məşqçilər öndə: AVRO-2024-ün məşqçi sıralaması  - SİYAHI

14 iyun-14 iyul tarixlərində Almaniyanın ev sahibliyi edəcəyi futbol üzrə Avropa Çempionatında (AVRO-2024) 24 milli komanda çempionluq uğrunda mübarizə aparacaq.

90deqiqe.Az xəbər verir ki, turnirdə iştirak edəcək komandaların məşqçiləri arasında italiyalılar beş nəfərlə liderlik edir.

Avro-2024-də 17 müxtəlif ölkədən məşqçilər çalışacaq. Turnirin ən gənc məşqçisi almaniyalı 36 yaşlı Julian Nagelsmann, ən yaşlısı isə turnir zamanı 66 yaşı olacaq avstriyalı Ralf Ranqnikdir.

İtalyan məşqçilər turnirdə 5 nəfərlə təmsil olunacaq. Türkiyəni Vinçenzo Montella, Macarıstanı Marko Rossi, Slovakiyanı Françesko Kalzona və Belçikanı Domeniko Tedesko çalışdırır. 

Digər ölkələrdən olan məşqçilər arasında fransalı Villi Sannol Gürcüstanı, almaniyalı Ralf Rangnik Avstriyanı, braziliyalı Silvio Mendes Kampos Junior "Silvinyo" Albaniyanı, ispaniyalı Roberto Martinez isə Portuqaliyanı turnirə hazırlayır.

Turnirdə mübarizə aparacaq 24 komandadan yalnız 1-i avropalı olmayan məşqçi ilə işləmir ki, bu məşqçi Albaniyanı çalışdıran Silvinyodur.

Milli komandalar arasında ən uğurlu məşqçi Fransanı çalışdıran Didye Deşam olub. 12 ilə yaxındır ki, Fransa millisinə rəhbərlik edən 55 yaşlı çalışdırıcı, FİFA Dünya Kuboku və UEFA Millətlər Liqası çempionu olub. Milli komanda ilə kubok qazanan digər məşqçi isə UEFA Millətlər Liqasının qalibi olan İspaniya millisinin baş məşqçisi Luis de la Fuentedir.

Avro-2024-də iştirak edəcək komandaların baş məşqçiləri:

 







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb