5 dekabr 2025. Cümə

Mbappe: “Avro-2024 çox çətin turnirdir”


Mbappe: “Avro-2024 çox çətin turnirdir”

Fransa millisinin hücumçusu Kilian Mbappe milli komandasının gücünü dəyərləndirərək 2024-cü il Avropa çempionatı ilə bağlı gözləntilərini bölüşüb.

90deqiqe.Az bu barədə “Sport Bild”ə istinadən xəbər verir.

“Bizim çox güclü komandamız var, bunu hamı bilir. Bunu hər dəfə təkrarlamağa ehtiyac yoxdur. Biz Almaniyaya böyük ambisiyalarla, həm də böyük təvazökarlıqla gəlirik. Son dünya çempionatının finalında məğlub olduq. Avro həm taktika baxımından, həm də oyunun intensivliyi baxımından çox çətin turnirdir. Bütün komandalar bir-birini praktiki olaraq əzbər tanıyır. Bu, işləri çox çətinləşdirir. Biz bunu artıq 2021-ci ildə yaşamışıq”, - Mbappe bildirib.

Turnir Almaniyada iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

Fransa yığması D qrupunda Polşa, Hollandiya və Avstriya ilə mübarizə aparacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb