- Avropa çempionatı
- 11:12 05.11.2024
Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan 2024-cü il Avropa çempionatı ilə bağlı gözləntilərini bölüşüb.
90deqiqe.Az bu barədə “UEFA”nın mətbuat xidməti istinadən xəbər verir.
“Bu komandanın kapitanı olmaq mənim üçün böyük şərəfdir, böyük imtiyazdır. Karyeramda həm böyük qələbələrim, həm də çətin anlarım olub. Uğur qazanmağın nə qədər çətin olduğunu bilirəm. Mən meydanda və meydandan kənarda lider olmaq istəyirəm. Almaniyada insanlar milli komandadan uğur qazanmağa layiqdirlər”,
Xatırladaq ki, Avro-2024 Almaniyada iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Bundesteam turnirin qrup mərhələsində Şotlandiya, İsveçrə və Macarıstanla qarşılaşacaq.