22 oktyabr 2024. Çərşənbə axşamı

Messi Paris Olimpiadasına qatılmayacaq


Messi Paris Olimpiadasına qatılmayacaq

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi 2024-cü ilin yayında Parisdə keçiriləcək Olimpiadaya getməyəcəyini etiraf edib.

Bu barədə 90deqiqe.Az “ESPN AR”a iatinadən xəbər verir.

“Mən Maskerano ilə danışdım və həqiqət odur ki, hər ikimiz vəziyyəti dərhal başa düşdük. Çətindir, çünki Amerika Kuboku başlayır və mən iki-üç ay ardıcıl olaraq İnter Mayamidən uzaq qalmalı olacağam. Və ən əsası, mənim yaşımda siz oynamaq üçün anları diqqətlə seçməlisiniz, ardıcıl iki turnir həddən artıq çoxdur”, - deyə o bildirib.

Xatırladaq ki, 2024-cü il Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək. 

Bu mövsüm Messi 15 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib. Ümumilikdə, hücumçu karyerası ərzində 904 oyun keçirib, bu oyunda 735 qol vurub və 355 məhsuldar ötürmə verib.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb
Messi yenidən Argentinanın heyətinə qayıdır
  • Avropa çempionatı
  • 20:31 02.10.2024
Messi yenidən Argentinanın heyətinə qayıdır
Almaniya millisinin qapısını kim qoruyacaq?
  • Avropa çempionatı
  • 17:18 28.09.2024
Almaniya millisinin qapısını kim qoruyacaq?