22 oktyabr 2024. Çərşənbə axşamı

Karraqer: "İngiltərənin Fransa qarşısında dayana biləcəyini düşünmürəm"


Karraqer: "İngiltərənin Fransa qarşısında dayana biləcəyini düşünmürəm"

"Liverpul"un əfsanəvi futbolçusu Ceymi Karraqer AVRO- 2024 pley-off mərhələsində İngiltərinin Fransanı məğlub etmək üçün kifayət qədər yaxşı olmadığını proqnozlaşdırır. 

90deqiqe.Az xarici mətbuata istinadən xəbər verir ki, əgər İngiltərə və "Les Bleus" ya finalda, ya da daha erkən bir mərhələdə qarşılaşsa, Karraqer Fransanın təcrübəsinin qalib gələcəyinə inanır, çünki onların dünya futbolunun ən böyük klublarında çıxış edən bir çox oyunçuları var.

Karraqer, həmçinin, Fransanın ev sahibi Almaniya ilə finalda qarşılaşacağını və qazanan tərəfin 2018 Dünya Kuboku qalibləri olacağını proqnozlaşdırır.

"İngiltərin ən yaxşı komandası ilə Fransanın ən yaxşı komandası arasında bir sikkə atılması lazımdır. Fransanın komandasına düşə bilməyən bəzi oyunçular Çempionlar Liqasını qazanırlar, dünya futbolunun ən böyük klublarında oynayırlar. Bu mənim yeganə fikrimdir. Mən də həmişə Fransanın heyətinə və ehtiyat oyunçular skamyasından kimi çıxara biləcəklərinə diqqət edirəm.

Dünya Kubokunu qazanan oyunçuların təcrübəsi və ev sahibi olduğu üçün, Almaniya finalda olacaq. Düşünürəm ki, Fransanın həyəti Almaniyanı da məğlub etmək üçün kifayəti olacaq."







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb
Messi yenidən Argentinanın heyətinə qayıdır
  • Avropa çempionatı
  • 20:31 02.10.2024
Messi yenidən Argentinanın heyətinə qayıdır
Almaniya millisinin qapısını kim qoruyacaq?
  • Avropa çempionatı
  • 17:18 28.09.2024
Almaniya millisinin qapısını kim qoruyacaq?