14 dekabr 2025. Bazar günü

Avro-2024 öncəsi Fransaya AĞIR ZƏRBƏ - futbolçuları xəstələndi


Avro-2024 öncəsi Fransaya AĞIR ZƏRBƏ  - futbolçuları xəstələndi

Futbol üzrə Fransa milli komandasının bəzi futbolçuları ölkə yığmasının Avropa çempionatında iştirak etmək üçün Almaniyaya gəlişindən sonra özlərini pis hiss ediblər. 

90deqiqe.Az bu barədə “RMC Sport”a istinadən xəbər verir.

Çərşənbə günü axşam saatlarından etibarən idmançıların soyuqdəymə, qıcolma və baş ağrılarına tutulduğu bildirilir. Lakin onların dəqiq adları açıqlanmır. 

Cümə axşamı fransız futbolçular 4000 azarkeşin iştirak edəcəyi açıq məşq keçirəcəklər. Bir gün əvvəl onları yüzlərlə pərəstişkarı təntənəli şəkildə qarşılayıb.

“Avro-2024”də Fransa Avstriya (17 iyun), Hollandiya (21 iyun) və Polşa (25 iyun) ilə qarşılaşacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb