14 dekabr 2025. Bazar günü

AVRO-2024 Almaniyaya 1 milyard dollar qazandıra bilər


AVRO-2024 Almaniyaya 1 milyard dollar qazandıra bilər

2024-cü il futbol üzrə Avropa çempionatı Almaniya xəzinəsinə 1 milyard dollar gəlir gətirə bilər. 

90deqiqe.Az “Reuters”ə istinadən xəbər verir ki, bu gəlirin əldə olunması turist axını ilə bağlıdır.
Xatırladaq ki, turnirin açılış oyununda A qrupunun iştirakçıları - Almaniya və Şotlandiya yığmaları qarşılaşacaq. Açılış oyunu bu gün Münhendəki “Allianz Arena”da keçiriləcək.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Avro-2024-ün finalı  Almaniyada keçiriləcək.Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək. Qitə birinciliyi düz bir ay - iyulun 14-dək davam edəcək. Avropa çempionatının hazırkı qalibi Londonun “Uembli” stadionunda Avro-2020-nin finalında İngiltərə millisini məğlub edən İtaliya komandasıdır.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb