14 dekabr 2025. Bazar günü

Şvaynştayger: "Fransa Avro-2024-ün favoritidir"


Şvaynştayger: "Fransa Avro-2024-ün favoritidir"

Almaniya milli komandasının sabiq yarımmüdafiəçisi və dünya çempionu Bastian Şvaynştayger Fransanı Avro-2024-ün favoriti adlandırıb.

90deqiqe.Az xəbər verir ki, 39 yaşlı keçmiş futbolçu bunu "X" sosial şəbəkə hesabında yazıb.

"Fransa Avro-2024-ün favoritidir", - o, deyib.

Xatırladaq ki, Avropa Çempionatının qrup mərhələsində Fransa komandası Polşa, Niderland və Avstriya ilə eyni qrupda mübarizə aparacaq. İlk oyun 17 iyun tarixində baş tutacaq və bu görüşdə Fransa milli komandası Avstriya ilə qarşılaşacaq. 21 iyun tarixində Fransa Niderland, 25 iyunda isə Polşa ilə oynayacaq.

2020 Avropa Çempionatında Fransa milli komandası 1/8 final mərhələsində İsveçrə komandasına məğlub olaraq turniri tərk edib. Oyun əsas vaxtda 3:3 hesabı ilə bitmiş, penalti seriyasında isə İsveçrə komandası 5:4 hesabı ilə qalib gəlib. 







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb