14 dekabr 2025. Bazar günü

Avropa çempionatının əsas favoritlərini AÇIQLADI


Avropa çempionatının əsas favoritlərini AÇIQLADI

Fransa millisinin hücumçusu Antuan Qrizmann 2024-cü il Avropa çempionatının əsas rəqiblərinin adını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, 33 yaşlı forvard bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

“Düşünürəm ki, bir neçə favorit var. Bu Almaniya öz meydanında oynayır. Sonra Hollandiya, Xorvatiya, İtaliya, İspaniya, İngiltərə... Çoxlu güclü komandalar var. Bu çempionat həqiqətən gərgin keçəcək.

Oyunumuz özümüzdən asılıdır, favoritlər sırasında olduğumuzu meydanda sübut etməliyik, qalanı isə bəxtdən asılı olacaq. Bilirik ki, final 14 iyul - Bastiliyanın alınması günündədir. Hər şey bizdən asılıdır”

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Fransa yığması D qrupunda Polşa, Hollandiya və Avstriya ilə mübarizə aparacaq. Turnirin hazırkı qalibi İtaliya komandasıdır. Avro-2020-nin finalında italyanlar İngiltərə yığmasına qalib gəlib (1:1, 3:2 penaltilər).







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb