5 dekabr 2025. Cümə

Lamin Yamal AÇ tarixində ən gənc assist müəllifi oldu


Lamin Yamal AÇ tarixində ən gənc assist müəllifi oldu

İspaniya millisinin gənc yarımmüdafiəçisi Lamin Yamal, 2024-cü il Avropa Çempionatının qrup mərhələsinin 1-ci turunda Xorvatiya ilə oyunda tarixi bir an yaşayıb.

90deqiqe.Az xəbər verir ki,  16 yaşlı Yamal, müdafiəçi Daniel Karavaxala qol ötürməsi edərək qitə çempionatı tarixində ən gənc assist müəllifi olub. 

Hal-hazırda davam edən oyunda hesab İspaniyanın xeyrinə 3:0-dır. Qeyd edək ki, İspaniya və Xorvatiya ilə bir qrupda yer alan digər komandalar İtaliya və Albaniya da öz aralarında bu gün, iyunun 15-də, Bakı vaxtı ilə saat 23:00-da görüş keçirəcəklər.

Lamin Yamal, ötən mövsüm "Barselona"nın heyətində 50 oyun keçirib, 7 qol vurub və 10 məhsuldar ötürmə verib. Bu uğurları ilə gənc futbolçu, artıq Avropa futbolunda öz adını yaddaşlara yazdırmaqdadır.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb