5 dekabr 2025. Cümə

De la Fuente Xorvatiya üzərində qələbədən danışdı


De la Fuente Xorvatiya üzərində qələbədən danışdı

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente 2024-cü il Avropa çempionatının 1-ci turunun matçında Xorvatiya üzərində qazanılan qələbəni şərh edib.

90deqiqe.Az xəbər verir ki, o, bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

“Bu məqsədə çatmaq üçün çox çalışmış hər kəs üçün çox xoşbəxtəm. Bu komanda iddialıdır, böyük bir ailədir, ona görə də hamı üçün xoşbəxtəm. Amma biz ayaq üstə möhkəm dayanmalıyıq. Yaxşı başladıq, bu, bizə bir qədər inam verir, amma indi İtaliya haqda düşünməliyik.

Çox möhkəm oyun keçirdik. Sahənin bütün sahələrində necə çıxış etdiyimizdən çox razıyam. Xüsusilə sevindirici haldır ki, belə bir gənc komanda matç boyu diqqətini cəmlədi”

İspanlar 3:0 hesabı ilə qalib gəliblər..İtaliya və Albaniya da İspaniya və Xorvatiya ilə qrupda yer alıb.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb