5 dekabr 2025. Cümə

Avro-2024: De Bruyne Belçika millisinin şanslarını dəyərləndirdi


Avro-2024: De Bruyne Belçika millisinin şanslarını dəyərləndirdi

Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruyne millisinin Avro-2024-ün qalibi olmaq şansları ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Mançester Siti"də çıxış edən 32 yaşlı futbolçu bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

“Kağız üzərində bəzi komandalar bizdən daha böyük favorit hesab olunur. Amma sirr turnir davam etdikcə formada olmaqdır və sən forma aldıqdan sonra hər şey ola bilər. Ümid edirəm ki, Avroya hazırlıq zamanı etdiyimiz kimi oynamağa davam edə biləcəyik.

Yaxşı bir başlanğıc həmişə vacibdir. İlk matçda qalib gəlmək əladır, lakin biz [həmçinin] 2022 Dünya Kubokunda ilk matçda qalib gəldik və hələ də qrupdan çıxa bilmədik. Çalışacağıq ki, yaxın günlərdə mümkün qədər yaxşı hazırlaşıb həm psixoloji, həm də fiziki cəhətdən hazır olaq. Ümid edirəm ki, Slovakiya ilə matç bizim üçün yaxşı başlanğıc olacaq”.

Belçika millisi Ukrayna, Slovakiya və Rumıniya ilə eyni qrupda çıxış edəcək. İlk oyun iyunun 17-də baş tutacaq. Orada Belçika millisi Slovakiya ilə qarşılaşacaq. İyunun 22-də Belçika millisi Rumıniya ilə, iyunun 26-da isə Ukrayna ilə qarşılaşacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb