- Avropa çempionatı
- 11:12 05.11.2024
Ronaldinyo bildirib ki, onun Braziliyanı tənqid etməsi reklam kampaniyasının bir hissəsidir.
90deqiqe.Az xarici mətbuata istinadən xəbər verir ki, Braziliya millisinin keçmiş cinah oyunçusu Ronaldinyo 2024-cü il Amerika Kubokundan əvvəl Braziliya millisini niyə tənqid etdiyini açıqlayıb.
“Mən heç vaxt Braziliya futboluna xəyanət etmərəm, heç vaxt. Gördüyünüz sözləri heç vaxt deməzdim. Əslində, bunlar əsl braziliyalı azarkeşlərin sözləridir. Bunlar internetdə gördüyüm real şərhlərdir. Oyundan əvvəl bunu eşitdiyinizi təsəvvür edin? Bu mümkün deyil, motivasiyanı aşağı düşürər.
Azarkeş dəstəyi oyunçular üçün böyük əhəmiyyət kəsb edir. Mən nə danışdığımı bilirəm. Uşaqlar, bizim oğlanların indi dəstəyə ehtiyacı var. Nə qədər çox inam nümayiş etdirsək, meydanda bir o qədər inamı olacaq.
Buna görə komandaya dəstək olmaq üçün [məşhur antiperspirant brend] kampaniyasına qoşuldum. Hər kəsdən Amerika Kuboku zamanı dəstək mesajları göndərmələrini xahiş edirik”, - Ronaldinyo sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, 2024-cü il Amerika Kubokunun qrup mərhələsində braziliyalılar Kosta-Rika (25 iyun), Paraqvay (29 iyun) və Kolumbiya (3 iyul) ilə qarşılaşacaq.