- Avropa çempionatı
- 11:12 05.11.2024
Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen Almaniyada keçirilən 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda danimarkalıların Sloveniya millisi ilə heç-heçə etdikləri (1:1) oyununla bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Mançester Yunayted"də çıxış edən 32 yaşlı futbolçu bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.
“Bu Avrodakı hekayəm üç il əvvəl başıma gələndən fərqlidir. Xoşbəxtlikdən, o vaxtdan bəri çoxlu matçlar keçdi. Hər dəfə oyuna getdikcə daha inamla daxil olurdum və oynaya bildiyim üçün sevinirdim. Avropa çempionatındakı matçlar həmişə xüsusi olur. Qolumdan razıyam, indiyədək heç vaxt avrokuboklarda qol vurmamışam. Futboldan başqa heç nə düşünmürdüm. Komandama kömək edə bildiyim üçün xoşbəxtəm”
Xatırladaq ki, Sloveniya və Danimarka yığmaları arasında keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Danimarkalıların yeganə qolunu vuran Kristian Eriksen matçın adamı seçilib. Bu oyun Eriksen üçün 2020-ci il Avropa çempionatında Finlandiya millisi ilə matçda (0:1) ürək tutmasından sonra ilk oyun idi.