20 mart 2026. Cümə

Harri Keyn: "O, inanılmaz oyunçudur"


Harri Keyn: "O, inanılmaz oyunçudur"

Harri Keyn, İngiltərənin Serbiyanı məğlub etməsindən sonra Cud Bellinqemı "inanılmaz" adlandırıb. 

90deqiqe.Az BBC-yə istinadən xəbər verir ki, kapitan, Bellinqemın oyununu alqışlayıb. 

Qaret Sautqeytin komandası AVRO-2024-ə Gelzenkirxendə 1:0 hesablı qələbə ilə başlayıb, fiziki cəhətdən güclü rəqibə qarşı çətin sınaqdan çıxıb.

Bu ayın əvvəlində "Real Madrid"in Çempionlar Liqasında qalib gəlməsinə kömək etdikdən sonra, bu yay Almaniyada ulduz olmağa hazırlaşan 20 yaşlı futbolçu üçün əlamətdar mövsüm davam edir. Oyunu dəyərləndirən Harri Keyn bunları deyib:

“Çətin oyun olacağını bilirdik. Serbiya bəzi ciddi təhlükələr yaratdı - onlar fiziki cəhətdən çox güclüdürlər. Amma ümumilikdə, oyun çox yaxşı keçdi və düşünürəm ki, qələbəyə layiq idik. Qrupda əsas keçməkdir, ona görə də bu axşamkı vacib qələbə idi"

İngiltərə qrup ikinci oyununda cümə axşamı Frankfurtda Danimarka ilə qarşılaşacaq.

 







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb