19 aprel 2026. Bazar günü

Avro-2024: UEFA-dan Ukrayna millisinin oyunlarında qadağa


Avro-2024: UEFA-dan Ukrayna millisinin oyunlarında qadağa

Ukrayna millisinin 2024-cü il Avropa çempionatında bütün oyunlarında Rusiya Federasiyasının bayraqlarının gəzdirilməsi qadağan olunacaq.

90deqiqe.Az xəbər verir ki, bu haqda UEFA-nın mətbuat xidməti məlumat yayıb:

“Nəzərinizə çatdıraq ki, Ukrayna millisinin oyunlarında Rusiya bayraqlarının nümayişinə icazə verilməyəcək. Bir qayda olaraq, təxribat xarakterli və ya ayrı-seçkilik xarakteri daşıyan və/və ya təhlükəsizliyə şərait yarada bilən hallar istisna olmaqla, bütün bayraqlara icazə verilir”.

Xatırladaq ki, daha əvvəl Almaniya - Şotlandiya və İngiltərə - Serbiya matçlarında Rusiya bayraqları peyda olub. FİFA və UEFA-nın qərarı ilə 2022-ci ilin fevral ayının sonundan etibarən Ukraynada baş verən hadisələrlə əlaqədar bütün Rusiya milliləri və yerli komandalar beynəlxalq yarışlardan kənarlaşdırılıb.

 

 







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb