- Avropa çempionatı
- 11:12 05.11.2024
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatı (Avro-2024) zamanı Serbiya millisinin azarkeşləri Gelzenkirxen küçələrində Rusiya prezidenti Vladimir Putinin adını səsləndiriblər.
90deqiqe.Az xəbər verir ki, bideonu sosial şəbəkələrdə “Based Serbia” kanalı yayıb.Dünyadakı siyasi vəziyyət kontekstində bu video ciddi əks-səda doğurub.
Xatırladaq ki, Rusiya millisi FİFA və UEFA-nın qərarı ilə beynəlxalq turnirlərdən kənarlaşdırılıb. Ölkələr arasında münasibətlərin yaxşı olması səbəbindən serb azarkeşlər Avro-2024-də Rusiyaya dəstək üçün mitinqlər təşkil edirlər.
Avro 2024-ün final hissəsi Almaniyada baş tutacaq və iyunun 14-dən iyulun 14-dək davam edəcək. Turnirin oyunları 10 şəhərin 10 stadionunda keçiriləcək.
Serbiya millisi Avro-2024-də İngiltərə, Sloveniya və Danimarka ilə eyni qrupda yer alıb. Serblər ilk turda ingilislərə 0:1 hesabı ilə uduzublar.
Serbiya qitə çempionatında növbəti oyununu iyunun 20-də Sloveniyaya qarşı keçirəcək.