19 aprel 2026. Bazar günü

UEFA Serbiya millisi ilə bağlı intizam işinə başlayıb


UEFA Serbiya millisi ilə bağlı intizam işinə başlayıb

UEFA, Almaniyada keçirilən Avropa çempionatının 1-ci turunda İngiltərə ilə oyundan sonra Serbiya millisi ilə bağlı intizam işi başlayıb. Serbiya milli komandasına qarşı "əşya atmaq" və "idman tədbirinə uyğun olmayan təxribat xarakterli mesaj ötürmək" ittihamları irəli sürülüb.

90deqiqe.Az xəbər verir ki, UEFA-nın etika və intizam üzrə məsul işçisi iddia edilən "ayrı-seçkilik davranışı" ilə bağlı da intizam araşdırması aparacaq.

Xatırladaq ki, Avro-2024-ün qrup mərhələsinin oyunu bir gün əvvəl, iyunun 16-da İngiltərə və Serbiya yığmaları arasında olub. Oyun Gelzenkirxendəki "Veltins Arena"da baş tutub. Daniele Orsato görüşün baş hakimi funksiyasını yerinə yetirib. Oyun 1:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb. C qrupunda Serbiya və İngiltərə ilə yanaşı, Sloveniya və Danimarka da yer alıb.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb