15 aprel 2025. Çərşənbə axşamı
AFFA-nın Hesabat Konfransı keçirilib

Avro-2024: Günün ən yaxşı futbolçuları açıqlanıb


Avro-2024: Günün ən yaxşı futbolçuları açıqlanıb

UEFA Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda dünən keçirilən oyunların ən yaxşı futbolçuları məlum olub.

 90deqiqe.Az xəbər verir ki, Belçika - Slovakiya matçında Slovakiya millisinin yarımmüdafiəçisi Stanislav Lobotka qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. Onun oyundakı üstün performansı qeyd olunub. Oyun Slovakiya millisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.

Bundan əlavə, Rumıniya - Ukrayna matçının ən yaxşı futbolçusu da müəyyənləşib. Rumıniya millisinin kapitanı Nikolae Stançu görüşün ən yaxşı oyunçusu adına layiq görülüb. Stançu bu qarşılaşmada komandasının ilk qolunu vuraraq, Rumıniyanın 3:0 hesablı qələbəsində mühüm rol oynayıb.

Avstriya - Fransa oyununda isə Fransa millisinin yarımmüdafiəçisi N`Golo Kante ən yaxşı futbolçu seçilib. Fransanın 1:0 hesabı ilə qalib gəldiyi bu matçda Kante 90 dəqiqə ərzində meydanda olub və mükəmməl performans göstərib. Fransa millisi növbəti oyununu iyunun 21-də Niderlanda qarşı keçirəcək.







Avropa çempionatı

Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib
  • Avropa çempionatı
  • 19:37 15.01.2025
Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib