1 may 2026. Cümə

Lukakudan Avropa çempionatı tarixində bir ilk


Lukakudan Avropa çempionatı tarixində bir ilk

Belçika millisinin hücumçusu Romelu Lukaku Avropa Çempionatları tarixində bir oyunda iki qolu ləğv edən ilk futbolçu olub. 

90deqiqe.Az xəbər verir ki, Avro-2024-ün 1-ci turunda Slovakiya millisi ilə oyunda hücumçunun vurduğu iki qol nəzərə alınmayıb. Lukaku ilk dəfə oyundankənar vəziyyətdə qalıb. Forvardın ikinci qolu isə ötürmə edən Lua Opendanın topa əli dəydiyi üçün ləğv edilib.

 Matç Frankfurtdakı (Almaniya) “Deutsche Bank Park” stadionunda baş tutub.  Qarşılaşmanı Halil Melerin (Türkiyə) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Görüşdə Slovakiya komandası 1:0 hesabı ilə qalib gəlib.

 Xatırladaq ki, Avro-2024-də Belçika və Slovakiya yığmaları E qrupunda mübarizə aparır. Onların qrup mərhələsindəki rəqibləri Rumıniya və Ukrayna milliləridir. 







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb