15 aprel 2025. Çərşənbə axşamı

Federasiyası prezidenti Mbappenin zədəsindən danışdı


Federasiyası prezidenti Mbappenin zədəsindən danışdı

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filip Diallo Fransa millisinin hücumçusu Kilian Mbappenin AVRO-2024-də Avstriya ilə oyunda zədələnməsi ilə bağlı açıqlama verib.

Bu barədə 90deqiqe.Az “RMC Sport”a iatinadən xəbər verir.

“Xəbərlər olduqca ümidverici idi, çünki biz əməliyyatdan danışmırıq. Onun turnirin qalan hissəsində iştirakına gəlincə, vaxtını açıqlamaq hələ tezdir”

Xatırladaq ki, Mbappenin Avro-2024-ün qrup mərhələsinin bütün oyunlarını buraxacağı ilə bağlı daha əvvəl məlumat yayılmışdı. 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 1-ci turunun Fransa - Avstriya matçının (1:0) sonunda Kilian burnu sınmış formada zədələnib. Daha sonra onun əməliyyatdan yayına bildiyi bildirilib. Avro 2024-də Fransa yığması D qrupunda çıxış edir. Deşamın komandasının rəqibləri Avstriya, Polşa və Hollandiya milliləridir.







Avropa çempionatı

Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib
  • Avropa çempionatı
  • 19:37 15.01.2025
Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib