5 dekabr 2025. Cümə

“Martinez Kriştiano Ronaldo ilə əla iş görəcək" - Qallas


“Martinez Kriştiano Ronaldo ilə əla iş görəcək"   - Qallas

"Çelsi"nin və "Arsenal"ın sabiq müdafiəçisi Uilyam Qallas Portuqaliya millisinin 39 yaşlı hücumçusu Kriştiano Ronaldo ilə millinin baş məşqçisi Roberto Martinezin münasibətləri barədə fikirlərini bölüşüb.

90deqiqe.Az bu barədə “Prime Casino”ya istinadən xəbər verir.

“Roberto Martinez Kriştiano Ronaldo ilə əla iş görəcək. O, əvvəlki baş məşqçi ilə son dünya çempionatında nə baş verdiyini bilir, burada belə olmayacaq. Görürsən ki, münasibətlər dəyişib. O, Ronaldonu müdafiəçinin məsuliyyətindən azad etməklə yanaşı, ona ən yaxşısını etməyə imkan verən bir sistem yaradıb.

Martinez Ronaldonu tam dəstəkləyir. O bilir ki, sənin Ronaldo kimi istedadlı futbolçun olanda, yaşının neçə olmasından asılı olmayaraq, o oynamalıdır. Portuqaliyanın qola ehtiyacı varsa, Ronaldonu meydanda saxlamalısan, çünki ona bir fürsət versən, o, bundan istifadə edəcək. Düşünürəm ki, qalan portuqaliyalı oyunçular da bunu başa düşürlər”







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb