5 dekabr 2025. Cümə

I turun rəmzi komandası açıqlandı

Arda Güler də heyətdə yer alıb


I turun rəmzi komandası açıqlandı

Avro-2024-ün qrup mərhələsinin I turunun rəmzi komandası da açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, beş gün davam edən turun "11-liy"ində 8 komandanın futbolçuları yer alıb. Niderland, Fransa və İspaniyanın iki üzvü heyətə daxil edilib. Türkiyə millisinin gənc üzvü Arda Gülər də rəmzi komandada yer alıb.

Qeyd edək ki, Arda Güler Türkiyə - Gürcüstan matçının da ən yaxşı futbolçusu seçilib. 19 yaşlı oyunçu baxımlı qola imza ataraq komandasının 3:1 hesabı ilə qalib gəlməsində mühüm rol oynayıb.

Arda Güler bu görüşdə fərqlənməklə Kriştiano Ronaldonun rekordunu qıraraq, Avropa çempionatları tarixində debüt oyununda qol vuran ən gənc futbolçu olub (19 yaş 114 gün).

Rəmzi Komandanın Heyəti:

Qapıçı: Bart Verbryuqqen (Niderland)

Müdafiəçilər: Daniel Karvaxal (İspaniya), David Hanko (Slovakiya), Alessandro Bastoni (İtaliya), Teo Ernandes (Fransa)

Yarımmüdafiəçilər: Fabian Ruis (İspaniya), Nqolo Kante (Fransa), Dennis Man (Rumıniya)

Hücumçular: Arda Gülər (Türkiyə), Camal Musiala (Almaniya), Kodi Qakpo (Niderland)







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb