- Avropa çempionatı
- 11:12 05.11.2024
Niderland millisinin yarımmüdafiəçisi Corcinyo Veynaldum 2024-cü il Avropa çempionatında Fransa yığması ilə keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.
"Bu, ciddi çağırışdır. Seçmə mərhələdə onlara qarşı oynadıq və təəssüf ki, hər iki dəfə məğlub olduq. Bu matçlarda həm komanda, həm də fərdi şəkildə onların keyfiyyətini gördük. Amma indi hər şey fərqli ola bilər. Biz sadəcə özümüzə inanmalıyıq".
Xatırladaq ki, görüş iyunun 21-də baş tutacaq, hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Əlavə edək ki, ilk tur matçında Hollandiya Polşaya 2:1, Fransa isə Avstriyaya minimal hesabla qalib gəlib.