19 aprel 2026. Bazar günü

Zərbə rekordçuları qol vura bilmirlər

Ronaldo və Lukaku


Zərbə rekordçuları qol vura bilmirlər

Kriştiano Ronaldo və Romelu Lukaku AVRO- 2024-də hələ qol vurmasalar da, turnirin ən çox zərbə endirən oyunçuları arasında yer alırlar.

90deqiqe.Az xəbər verir ki, 22 iyun tarixində, Almaniyanın Köln şəhərində keçirilən Avropa Çempionatının 2-ci turunun Belçika və Rumıniya milli komandaları arasındakı oyun 2:0 hesabı ilə Belçikanın qələbəsi ilə başa çatıb. "Qırmızı şeytanlar"ın qollarını yarımmüdafiəçilər Youri Tielemans və Kevin De Bruyne vurublar.

Belçikalı hücumçu Romelu Lukaku bu matçda qapıya beş zərbə endirərək 0.7 xG gözlənilən qol göstəricisinə sahib olub, lakin qol vurmağı bacarmayıb. Oyunun 63-cü dəqiqəsində Lukaku topu qapıya göndərsə də, VAR araşdırmasından sonra onun qolu ofsayd səbəbilə sayılmayıb.

Lukaku 2024 Avropa Çempionatında səkkiz zərbə endirib - yalnız Portuqaliyalı hücumçu Kriştiano Ronaldo daha çox zərbə (doqquz) endirib. Lakin hər iki oyunçu hələ turnirdə qol vurmayıblar.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb