1 may 2026. Cümə

De Bruyne gələcək kariyerası ilə bağlı danışdı


De Bruyne gələcək kariyerası ilə bağlı danışdı

Belçika millisinin və İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Kevin De Bruyne gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, 32 yaşlı futbolçu bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

"Mən 10 ildir ki, bu komandada ("Mançester Siti") oynayıram və gənc oyunçulara ötürə biləcəyim çox şey bilirəm, lakin karyeramı nə vaxt bitirəcəyimə hələ qərar verməmişəm"

Xatırladaq ki, belçikalı yarımmüdafiəçi 2015-ci ildən "Mançester Siti"də çıxış edir. De Bruyne iyunun sonunda 33 yaşı tamam olacaq. Keçən klub mövsümündə De Bruyne bütün yarışlarda 26 matçda iştirak edib, 6 qol vurub və 18 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb