5 dekabr 2025. Cümə

Noyer Buffonu qabaqladı


Noyer Buffonu qabaqladı

Bu dəqiqələrdə İsveçrə və Almaniya millilərinin qarşılaşdığı Avro-2024-ün qrup mərhələsinin 3-cü turunun oyunu keçirilir.

90deqiqe.Az xəbər verir ki, Almaniya yığmasının qapıçısı Manuel Noyer sözügedən matçda komandasının start heyətində yer alıb. Beləliklə, o, Avroda keçirilən oyunların sayına görə qapıçılar arasında rekordçu olub. İsveçrə ilə oyun 38 yaşlı Noyerin Avropa çempionatında 18-ci oyunu olub. Alman qolkiper bu göstəricidə əfsanəvi italyan Canluici Buffonu qabaqlayıb.

Matçı Daniel Orsatonun (İtaliya) rəhbərlik etdiyi hakimlər briqadası idarə edir. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Xatırladaq ki, iki turdan sonra Almaniya yığması altı xal toplayıb və A qrupunun turnir cədvəlinə təkbaşına başçılıq edir. İsveçrə ikinci yerdədir. Murad Yaxının komandasının dörd xalı var. Şotlandiya millisi bir xalla üçüncü pillədə qərarlaşıb. Macarıstan da 1 xalla bu qrupda turnir cədvəlini qapayır.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb