5 dekabr 2025. Cümə

Kamavinqa yenə məşqi buraxdı


Kamavinqa yenə məşqi buraxdı

Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqa millinin məşqində iştirak etməyib.

90deqiqe.Az " L'Equipe"yə istinadən məlumat verir ki, buna səbəb 21 yaşlı yarımmüdafiəçinin sağ topuq nahiyəsində ağrılar hiss etməsidir. Zədəsinin ciddi olmadığı üçün futbolçu bazar ertəsi komanda ilə məşqlərə başlayacaq.

Xatırladaq ki, Kamavinqa Niderland ilə əvvəlki oyunu matç ərəfəsində diskomfort hiss edərək ehtiyat oyunçular skamyasında keçirib. İki turdan sonra Fransa yığması dörd xalla D qrupunun turnir cədvəlində ikinci yerdədir. Komanda üçüncü turda Polşa ilə qarşılaşacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb