13 may 2025. Çərşənbə axşamı

Rudiger Almaniya yığmasının növbəti oyununu buraxa bilər


Rudiger Almaniya yığmasının növbəti oyununu buraxa bilər

Almaniya yığmasının mərkəz müdafiəçisi Antonio Rudiger qrup mərhələsinin dünən İsveçrə ilə keçirilən matçında zədələnib. 

90deqiqe.Az xarici KİV-lərə istinadən xəbər verir ki, zədə səbəbindən 31 yaşlı futbolçu Avro-2024-ün 1/4 final matçını buraxa bilər.

Lakin bildirilib ki, Almaniya millisinin tibbi heyəti Rüdigerin durumuna nikbin yanaşır və "Real Madrid"in müdafiəçisinin növbəti matçda komandaya kömək edə biləcəyinə ümid edir.

Xatırladaq ki, Rüdiger Avropa çempionatında 1 avtoqol vursa da, ümumilikdə müdafiədə inamlı oynayıb və alman komandasına birinci yerdən pley-offa çıxmasına kömək edib. Almanlarla qrupda Şotlandiya, Macarıstan və İsveçrə kimi komandalar mübarizə aparıb.







Avropa çempionatı

Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib
  • Avropa çempionatı
  • 19:37 15.01.2025
Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib
Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq