5 dekabr 2025. Cümə

Patrik Şik Türkiyə millisinə qarşı oynamayacaq


 Patrik Şik Türkiyə millisinə qarşı oynamayacaq

Çexiya millisi bu həftə Avro-2024-ün qrup mərhələsinin həlledici oyununda Türkiyə millisi ilə qarşılaşacaq.

90deqiqe.Az "iROZHLAS"a istinadən məlumat verir ki, Çexiya hücumunun lideri və millinin ən bahalı oyunçularından biri Patrik Şik sözügedən oyunda komandasına kömək edə bilməyəcək.

Xatırladaq ki, Şik ötən gün komandasının Gürcüstan millisi ilə qarşılaşmasında (1:1) Çexiya yığmasının heyətində qol vurmuşdu. İkinci hissədə Patrik baldırından aldığı zədə səbəbindən meydanı tərk edib. İyunun 26-da Çexiya və Türkiyə yığmaları qarşılaşacaq. Hazırda F qrupunda Şərqi Avropa komandasının bir xalı və üçüncü yeri var. İkinci yerdən fərq iki xaldır.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb