20 iyul 2025. Bazar günü

AVRO-2024: Niderland - Avstriya oyununun ən yaxşı futbolçusu bilindi


AVRO-2024: Niderland - Avstriya oyununun ən yaxşı futbolçusu bilindi

Avstriya millisinin hücumameyilli yarımmüdafiəçisi Marsel Sabitzer Avro-2024-ün qrup mərhələsinin 3-cü turunun Hollandiya ilə oyununda (2:3) ən yaxşı oyunçu seçilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) saytı məlumat yayıb.

Hollandiya ilə oyunda Sabitzer komandasına qələbə qazandıran qolun müəllifi olub. Bu, görüşün 80-ci dəqiqəsində baş verib.

Sabitzerin qolundan əvvəl, artıq görüşün altıncı dəqiqəsində hollandiyalı hücumçu Doniell Malen topu öz komandasının qapısına kəsərək avstriyalıları önə çıxarıb. Daha sonra 47-ci dəqiqədə hollandiyalı hücumçu Kodi Qakpo Xavi Simonsun ötürməsi ilə hesabı bərabərləşdirib. Amma 59-cu dəqiqədə Avstriya millisinin yarımmüdafiəçisi Romano Şmid avstriyalıların ikinci qolunu vurub. Daha sonra 75-ci dəqiqədə Hollandiya hücumçu Memfis Depayın səyi ilə yenidən hesabı bərabərləşdirib.







Avropa çempionatı

Polşa millisinin yeni baş məşqçisi bəlli oldu
  • Avropa çempionatı
  • 22:15 16.07.2025
Polşa millisinin yeni baş məşqçisi bəlli oldu
İtaliya millisinin geriləməsi davam edir
  • Avropa çempionatı
  • 23:13 10.07.2025
İtaliya millisinin geriləməsi davam edir
Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib
  • Avropa çempionatı
  • 19:37 15.01.2025
Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib