20 mart 2026. Cümə

Avro-2024: İngiltərə və Sloveniya 1/8 finala vəsiqə qazandı


Avro-2024: İngiltərə və Sloveniya 1/8 finala vəsiqə qazandı

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyunlar keçirilib.

90deqiqe.Az  xəbər verir ki, C qrupunda İngiltərə millisi Sloveniya ilə 0:0 hesablı heç-heçə edib. 

Bu qrupun digər görüşündə isə Danimarka yığması Serbiyanı sınağa çəkib. Bu matçda da qapılara qol vurulmayıb.

Beləliklə, İngiltərə millisi (6 xal) qrup lideri, Sloveniya seçməsi (3 xal) ikinci yerin sahibi, Danimarka yığması (3 xal) isə ən yaxşı qrup üçüncülərindən biri kimi 1/8 finala adlayıb. 2 xalı olan Serbiya millisi isə qrupda qalıb.

Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Fransa və Niderland milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb