10 iyul 2026. Cümə

"Qalib gəlmək istəyirdik, amma..."


"Qalib gəlmək istəyirdik, amma..."

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko AVRO-2024-də Ukrayna ilə heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 38 yaşlı çalışdırıcı qalib gəlmək üçün oynadıqlarını bildirib.

"Bu gün başa düşdük ki, uduzmaq olmaz. Qalib gəlmək istəyirdik, oyunçular çalışdı, amma alınmadı. Komandamla fəxr edirəm, onlar matçın sonunda yaxşı iş gördülər - qaçırsaydılar, turniri tərk edərdilər”, - Tedesko mətbuat konfransında deyib.

Bu gün baş tutan görüş qolsuz bərabərliklə yekunlaşıb. Belçika dörd xalla E qrupunda ikinci yerdə qərarlaşıb. Qeyd edək ki, Belçika Avropa çempionatının 1/8 finalında Fransa ilə qarşılaşacaq.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat