14 aprel 2025. Bazar ertəsi
AFFA-nın Hesabat Konfransı keçirilib

AVRO-2024: 1/8 final cütləri bəlli olub


AVRO-2024: 1/8 final cütləri bəlli olub

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin cütləri bəlli olub.

90deqiqe.Az-ın məlumatına görə, F qrupunda III turun oyunlarından sonra pley-offda üz-üzə gələcək komandalara aydınlıq gəlib.

Avropa çempionatı
1/8 final cütləri

Almaniya - Danimarka
Fransa - Belçika
İsveçrə - İtaliya
İspaniya - Gürcüstan
Portuqaliya - Sloveniya
Rumıniya - Niderland
Avstriya - Türkiyə
İngiltərə - Slovakiya

Xatırladaq ki, Avro-2024-ün final hissəsi Almaniyada keçirilir. Turnir oyunları 10 şəhərin 10 stadionunda keçirilir. Qitə birinciliyi iyunun 14-dən iyulun 14-dək davam edəcək.

Avropa çempionatının hazırkı qalibi Londonun “Uembli” stadionunda Avro-2020-nin finalında İngiltərə millisini məğlub edən İtaliya komandasıdır. Həmin finalın taleyi penaltilər seriyasında həll olunub.







Avropa çempionatı

Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib
  • Avropa çempionatı
  • 19:37 15.01.2025
Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib