30 aprel 2026. Cümə axşamı

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefa verib


Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefa verib

Serbiya Futbol İttifaqının vitse-prezidenti Branislav Nedimoviç və İttifaqın baş katibi Yovan Surbatoviç istefa verib.

90deqiqe.Az xəbər verir ki, bu barədə TAJUG agentliyi məlumat yayıb.

Bildirilir ki, onlar yığmanın Almaniyada keçirilən Avropa çempionatında uğursuz çıxışından sonra tutduqları postdan ayrılıblar.

Xatırladaq ki, iyunun 25-də Serbiya millisi Danimarka ilə oynayaraq Avro-2024-ün qrup mərhələsinin final oyununa çıxıb. Görüş Münhendəki (Almaniya) “Allianz Arena” stadionunda baş tutub. Oyunu Fransua Leteksierin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Beləliklə, Serbiya C qrupunda sonuncu olub.

Almaniyada keçiriləcək 2024-cü il Avropa çempionatı iyunun 14-də başlayıb və iyulun 14-dək davam edəcək. Hazırkı Avropa çempionu İtaliya komandasıdır.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb