5 dekabr 2025. Cümə

Vesterqaard: "Danimarka Avro-2024-ün favoriti olmamaqdan zövq alır"


Vesterqaard: "Danimarka Avro-2024-ün favoriti olmamaqdan zövq alır"

Danimarka millisinin mərkəz müdafiəçisi Yannik Vesterqaard Almaniya ilə keçiriləcək oyun haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, sabah, iyunun 29-da keçiriləcək Avro-2024 1/8 final oyunu haqqında o, bunları deyib:

"Qələbənin böyük sürpriz olacağını bilirik, lakin biz favorit olmamağı xoşlayırıq. Almaniya əsas iddiaçıdır, lakin biz rəqiblərimizi qıcıqlandırmaq və irəlidə oynamaq istəyirik. Xüsusi bir iş görmək üçün əlbəttə ki, yaxşı komandamız var. Favoritləri sıradan çıxarmaq istərdik, onlardan biri də Almaniya komandasıdır". 

Xatırladaq ki, Almaniya - Danimarka matçı Dortmunddakı "Siqnal İduna Park" stadionunda keçiriləcək. Görüşün baş hakimi qismində Maykl Oliver çıxış edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb