5 dekabr 2025. Cümə

Tedeskodan məğkubiyyət şərhi


Tedeskodan məğkubiyyət şərhi

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko komandanın Avropa çempionatının 1/8 finalında Fransa ilə oyun planından danışıb.

90deqiqe.Az xəbər verir ki, 38 yaşlı çalışdırıcı bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

“Biz topu onların arxasına keçirməyə çalışanda fransızların müdafiədə bəzi problemlərlə üzləşdiyini gördük. Yüksək müdafiə etdilər. Üç hücumçu ilə oynadıq və onların müdafiəçilərinin geridə qoyduğu boşluqdan istifadə etmək istədik. Əsas ideya bu idi. Müdafiədə onların cinah oyunçularını oyundan çıxarmaq istəyirdik.”

Bildiyiniz kimi, “qırmızı şeytanlar” bazar ertəsi axşam saatlarında 0:1 hesabı ilə məğlub olaraq turniri tərk edib.

Əlavə edək ki, Fransa millisi Avro-2024-ün 1/4 finalında ya Portuqaliya, ya da Sloveniya ilə qarşılaşacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb