14 aprel 2025. Bazar ertəsi
AFFA-nın Hesabat Konfransı keçirilib

Avro-2024: Niderland və Türkiyə 1/4 finalda


Avro-2024: Niderland və Türkiyə 1/4 finalda

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti görüşü keçirilib.

90deqiqe.Az xəbər verir ki, Niderland yığması bu turda Rumıniya millisi ilə üz-üzə gəlib. Bakı vaxtı ilə saat 20:00-da başlayan görüşdə Niderlandlılar rəqib üzərində darmadağınlı qələbəyə sevinərək 1/4 mərhələyə adlayıb.

Digər görüşdə isə Türkiyə millisi Avstriya ilə qarşılaşıb. “Red Bull Arena”da keçirilən matçda qardaş ölkə çətin qələbə qazanaraq adını 1/4 mərhələyə yazdırıb.

 

23:00 Türkiyə- Avstriya 2:1

Qollar: Merih Demiral, 1, 56, M.Qreqoriç, 66

 

20:00 Rumıniya- Niderland 0:3

Qollar: C.Qakpo, 20, D.Malen,

83, 90+3







Avropa çempionatı

Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib
  • Avropa çempionatı
  • 19:37 15.01.2025
Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib