26 mart 2025. Çərşənbə

Merih Demiralın cəzası açıqlandı - TFF bu cəzanı təkzib etdi


Merih Demiralın cəzası açıqlandı  - TFF bu cəzanı təkzib etdi

Almaniyanın daxili işlər naziri Nensi Faeser 2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) son 16 turunun Türkiyə və Avstriya matçında Merih Dəmiralın “bozqurd” işarəsi göstərməsini hədəf alaraq UEFA-dan sanksiya tələb etmişdi.

90deqiqe.Az xəbər verir ki,  UEFA 2024-cü il Avropa Çempionatının son 16 turunda Milli Futbol Komandasının Avstriyanı 2:1 hesabı ilə məğlub etdiyi matçda Merih Dəmirala qarşı "qeyri-münasib davranış"a görə istintaq başladıb.

Almaniya mətbuatında yer alan “Merih Dəmiral 2 oyunluq cəzalandı” xəbərinin əksinə olaraq futbolçuya qarşı istintaq davam edir.

TFF-DƏN AÇIQLAMA

TFF-dən açıqlamasında, "Bild qəzetinin yayımladığı "Merih Dəmirala UEFA tərəfindən 2 oyunluq cəza verildi" kimi yayımlanan xəbərlər həqiqəti əks etdirmədiyini və müdafiə üçün sabah səhərə qədər vaxtlarının olduğunu diqqətə çatdırıb.

Nəhayət, 26 yaşlı oyunçudan müdafiə tələb olunub. Yekun qərarın Hollandiya oyununa qədər veriləcəyi gözlənilir.

Xatırladaq ki, "ay-ulduzlular" iyulun 6-da, AVRO-2024-ün 1/4 finalında Niderlandla qarşılaşacaq.







Avropa çempionatı

Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib
  • Avropa çempionatı
  • 19:37 15.01.2025
Qazaxıstan Çerçesovla bağlı qərar qəbul edib
Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq