5 dekabr 2025. Cümə

Vertonqen milli karyerasını başa vurdu


Vertonqen milli karyerasını başa vurdu

37 yaşlı müdafiəçi Yan Vertonqen Belçika millisindən ayrılmağa qərar verib.

90deqiqe.Az xəbər verir ki, futbolçu 2024-cü il Avropa çempionatından kənarlaşdırıldıqdan sonra milli komandanı tərk etdiyini bildirib.

“Məşq zamanı və futbol meydançasında əsl “qırmızı şeytan” olmağın nə demək olduğunu göstərdiniz. Yan, biz sənin üçün darıxacağıq”, - Belçika millisinin mətbuat xidmətinin açıqlamasında deyilir.

Xatırladaq ki, Vertonqen 2007-ci ildən millinin rənglərini qoruyur. Ümumilikdə o, 157 oyun keçirib və 10 qol vurub. Avroda Belçika yığması Fransaya 0:1 hesabı ilə minimal hesablı məğlubiyyətlə 1/8 finala yüksəlib. Matçın taleyini 85-ci dəqiqədə Vertongenin avtoqolu həll edib.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb