8 iyul 2024. Bazar ertəsi

Ərdoğandan Dəmiralın cəzasına sərt reaksiya


Ərdoğandan Dəmiralın cəzasına sərt reaksiya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-nın Türkiyə millisinin müdafiəçisi Merih Dəmirəli cəzalandırılması ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu "X" (keçmiş Twitter) sosial şəbəkəsində məlumat yayıb. O hesabında Ərdoğanın bu sözlərini paylaşıb.

“Xarici İşlər Nazirliyimiz Almaniya rəsmilərini nazirliyə çağırıb. Hazırda lazımi tədbirlər görülür”

Qeyd edək ki, futbolçu Avropa çempionatının 1/8 final mərhələsinin Avstriya millisi ilə oyununda (2:1) qalmaqallı jestinə görə iki oyunluq diskvalifikasiya edilmişdi.

Xatırladaq ki, insident Avro-2024-ün 1/8 finalında Avstriya və Türkiyə milliləri arasında keçirilən oyunda (1:2) baş verib. Bu oyunda Dəmiral dubla imza atıb. Qolu qeyd edən futbolçu türk millətçilərinin jestindən istifadə edib.

Türkiyə millisi 2024-cü il futbol üzrə Avropa çempionatının 1/4 finalında Hollandiya millisi ilə qarşılaşacaq. İclas sabah, iyulun 6-da baş tutacaq. Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.







Avropa çempionatı

33 ildən sonra eyni stadionda eyni qol sevinci
  • Avropa çempionatı
  • 23:55 07.07.2024
33 ildən sonra eyni stadionda eyni qol sevinci
"Ümid edirəm ki, qisas almaq şansımız olacaq"
  • Avropa çempionatı
  • 22:55 07.07.2024
"Ümid edirəm ki, qisas almaq şansımız olacaq"