8 iyul 2024. Bazar ertəsi

"Komandamızın bu kuboku qazanmaq şansı yüksəkdir"


"Komandamızın bu kuboku qazanmaq şansı yüksəkdir"

Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardo Silva AVRO-2024-ün 1/4 finalında Fransa ilə oyun öncəsi danışıb. 

90deqiqe.Az xəbər verir ki, "Mançester Siti"dən çıxış edən 29 yaşlı futbolçu bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

“Fransanın necə oynayacağını bilmirəm. Oyunçularına baxsaq, onlar 90 dəqiqə ərzində topun arxasında 11 nəfərlə müdafiə olunmağa yaraşmırlar, ona görə də komandamızda daha çox yer ola bilərdi.

Mən çox motivasiyalıyam. Bu, əsas məqsədimizə - kuboku evə gətirməyə yaxınlaşmaq üçün gözəl şansdır.

Mən əlimdən gələni etdiyimi hiss edirəm və sizi əmin edirəm ki, bundan sonra da edəcəm.İndiyə qədər yaxşı iş gördüyümüzü düşünürəm”

1/4 final oyunu bu gün, iyulun 5-də Hamburqda, "Volksparkstadion" stadionunda keçiriləcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Xatırladaq ki, Avro-2024-ün 1/8 final mərhələsində Portuqaliya millisi Sloveniya millisini penaltilər seriyasında (0:0, 3:0 penaltilər) məğlub edib. Fransa Belçikanı minimal hesabla (1:0) məğlub edib.







Avropa çempionatı

33 ildən sonra eyni stadionda eyni qol sevinci
  • Avropa çempionatı
  • 23:55 07.07.2024
33 ildən sonra eyni stadionda eyni qol sevinci
"Ümid edirəm ki, qisas almaq şansımız olacaq"
  • Avropa çempionatı
  • 22:55 07.07.2024
"Ümid edirəm ki, qisas almaq şansımız olacaq"