- Avropa çempionatı
- 10:34 21.10.2024
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Qolsuz bərabərlikdən sonra Fransaya penaltilər seriyasında uduzan Portuqaliya millisi Avropa çempionatından kənarlaşdırılıb.
90deqiqe.Az-ın məlumatına görə, oundan sonra Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardo Silva Feliksin zərbəsini şərh edib.
“Çempionlar Liqasından kənarda qalanda nisbətən yaxınlarda bunu yaşadım. Feliks məsuliyyəti öz üzərinə götürdü və bunun nə qədər çətin olduğunu bilirik. Belə anlarda hamımız təzyiq hiss edirik. Kiminsə qalib gəlməsi üçün kimsə səhv etməlidir. Bu João ilə baş verdi. Biz hamımız onu dəstəkləyirik”, - deyə Bernardo O Jogo bildirib.
Qeyd edək ki, Fransa - Portuqaliya matçında əsas və əlavə vaxtlarında qalib müəyyənləşməyib. Penalti zərbələrində daha dəqiq olan "xoruzlu"lar yarımfinalda İspaniyaya rəqib olub.
Portuqaliya yığmasında penalti zərbəsini yerinə yetirə bilməyən Joao Feliks olub.